Cəmiyyət

Antisanitar şəraitdə olan süd toplama və pendir istehsalı müəssisələri aşkarlandı - FOTO

19 İyun 2020 20:12
Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu dəfə Agentliyin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində Abışov Hümmət Xəlil oğluna məxsus qida təhlükəsizliyi qeydiyyatından keçməyən süd toplama müəssisəsində, eləcə də Təzəkənd kəndində fəaliyyət göstərən "Proqress" Heyvandarlıq-südçülük kooperativinin süd toplama məntəqəsində reyd keçiriblər. Hər iki müəssisədə baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl edilmədiyi, giriş hissədə dezbaryerlərin quraşdırılmadığı, havalandırma sistemi və pəncərələrdə həşəratlardan qoruyucu torun olmadığı aşkarlanıb. Eyni zamanda istehsal zamanı istifadə edilən məhsulların açıq hava şəraitində saxlanıldığı, süd məhsullarının müayinəsinin aparılmadığı məlum olub. Qanunvericiliyin tələbləri çərçivəsində hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.