Selektiv abortların FƏSADLARI: "Yeni doğulan qız uşaqlarına daha çox pul verilsin" - ÇAĞIRIŞ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 63009 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10044466 nəfərə çatıb.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Qeyd edək ki, 2003 və 2004-cü ildə əhalinin 50.9 %-ni qadınlar təşkil etsə də, ötən illər ərzində sözügedən rəqəm azalmağa doğru gedib. Belə ki, əhalinin 2005-ci ildə 50.8, 2006 və 2007-ci ildə 50.7, 2008-ci ildə 50.6, 2009 və 2010-cu ildə 50.5, 2011 və 2012-ci ildə 50.4, 2013-2014-cü ildə 50.3, 2015 və 2016-cı ildə 50.2 %-ni qadınlar təşkil etsə də, son illərdə bu rəqəm 50.1 % olub.
Maraqlıdır, ölkədə qadınların sayının get-gedə azalmasına səbəblər nədir? Bunun qarşısını necə almaq olar?
Milli.Az lent.az-a istinadən bildirir ki, mövzu ilə bağlı açıqlama verən sosioloq Zəminə Səfərova bildirib ki, əslində qadın və kişilərin sayının getdikcə eyniləşməsi qorxulu deyil:
"Ancaq qadınların sayının ilbəil azalması faktı gələcəkdə bir çox problemlərə səbəb ola bilər. Burada əsas səbəblərdən biri də zənnimcə selektiv abortlardır. Doğrudur, hər ailənin öz istəyi var, amma uşağın cinsinin müəyyən olunmasından sonra abort edilməsi düzgün deyil. Buna davam edilərsə, gələcəkdə dünyaya gələcək övladların sayı da azala bilər".
Sosioloq qeyd edib ki, bunun qarşısını almaq üçün daha ciddi tədbirlər həyata keçməlidir:
"Burada məsuliyyətin 80 %-i səhiyyənin üzərinə düşür. Qadınların sayının azalması, kişilərin sayının çoxalması ölkə üçün mənfi haldır. Bunun qarşısını almaq üçün müxtəlif fikirlər, ideyalar irəli sürülməlidir. Bununla yanaşı orta məktəblərdən artıq uşaqlar arasında maarifləndirmə aparılmalıdır ki, gələcək üçün olan təhlükənin qarşısını almağa nail olunsun".
Z.Səfərova əlavə edib ki, qızların sayının azalmasının bir səbəbi də sosial vəziyyətlə bağlıdır:
"Hazırda ailələr düşünür ki, qızı saxlamaq, böyütmək, evləndirmək baha başa gəlir və qız uşağı başqa ailəyə gedir. Ancaq oğlan uşağını gələcəkdə özlərinə dəstək kimi görürlər. Əslində isə bu fikir səhvdir.
Bununla bağlı təklif edərdim ki, qız uşaqlarına dövlət tərəfindən maliyyə dəstəyi artırılsın və yeni doğulan qız uşaqlarına 200 manat yox, daha çox vəsait verilsin. Düşünürəm ki, bu qismən sözügedən halların qarşısını almağa kömək olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib





