21 noyabr - Dünya Fəlsəfə Günüdür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya Fəlsəfə Günü UNESCO-nun təşəbbüsü ilə 2002-ci ildə təsis edilib. Trend-in məlumatına görə, bu günün məqsədi insanları fəlsəfi irslə tanış etmək, gündəlik düşüncələrə yeni fikirlər gətirmək və cəmiyyətin üzləşdiyi problemlər barədə ziyalılar və vətəndaş cəmiyyəti arasında ictimai müzakirələri stimullaşdırmaqdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, Dünya Fəlsəfə Günü 2019-cu ildə müxtəlif regional kontekstlərdə fəlsəfənin əhəmiyyətini vurğulamağı hədəfləyir. Məqsəd sosial dəyişiklikləri dəstəkləyən müasir çağırışlarla bağlı qlobal debatlara regional töhfələr verməkdir.
UNESKO-nun Baş direktoru Odre Azule Dünya Fəlsəfə Günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, fəlsəfə dünyaya və varlığımıza təəccübdən doğulur. Fəlsəfənin tərifləri arasında ən diqqətçəkənlərindən biri Artur Şopenhauerin "Dünya iradə və təsəvvür kimi" əsərində verilib. Əsərdə fəlsəfə dünyanın sübut kimi qəbul edilmədiyi, lakin bilinməyən bir şey kimi verilən sualların əbədi bir təqdimatıdır. İnanclara meydan oxuyan fəlsəfə bu dünyanı bütün zənginliyi və mürəkkəbliyi ilə dərk etməyi təklif edir. Bu təəccübləndirmək bacarığı 3000 il əvvəl Çin, Orta Şərq və Qədim Yunanıstanda yaranan minillik ənənəsinə qayıdır. Hətta minilliklər keçməsinə baxmayaraq fəlsəfi suallar öz aktuallığını itirməyib.
Müraciətdə vurğulanır ki, fəlsəfə dəyişiklik haqqında düşünmək üçün dəyərli bir vasitədir, eyni zamanda, dialoq və dözümlülük üçün qapı açır. Bütün bu səbəblərə görə UNESKO həmişə fəlsəfənin dostu olub.
UNESCO-nun baş direktorunun müraciətinin geniş mətni ilə bu təşkilatın saytında tanış olmaq mümkündür.
Azərbaycan dünya elminə böyük töhfələr bəxş edən ölkələr sırasındadır. Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri - Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, orta əsrlərin yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Bu gün Azərbaycan elmi-fəlsəfi fikrinin dünya elminə inteqrasiyası qarşıda duran ən aktual vəzifələrdən biridir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda bəy xına məclisinə kosmonavt geyimində gəldi (Video)
-
BDU-nun dosentinin intiharından əvvəl yazdığı məktub üzə çıxdı
-
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
-
Bakıda küləyin sürəti 28 m/san-yə çatacaq - Xəbərdarlıq
-
Tanınmış xanəndənin anası ilə oğlu ilk dəfə efirdə (Video)
-
265 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
-
Ermənistanda dövlət qulluqçularına sosial paket verilməsi dayandırılır
-
Azərbaycanlı aktrisanın qazancı "dodaq uçuqlatdı": 135 min manat...
-
Bəşir Süleymanlıya hökm oxundu - 7 il 6 ay həbs cəzası
-
Baqrat Qalstanyanın ev dustaqlığı uzadıldı
-
Məktəblərdə riyaziyyat fənni yenilənir
-
Avropa Komissiyasına kiberhücum: Şəxsi məlumatlar təhlükə altına düşdü
-
“Real” braziliyalı ulduzunu 60 milyona satmağa hazırdır
-
İranın ağası və... dığası - Yunus Oğuz yazır
-
Təzyiq xəstələrinə şad xəbər - Dərmanlar pulsuz olacaq
-
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alındı
-
Nazilə Səfərli: “Mənə çox ayıb olsun ki, gec tanımışam” (Foto)
-
"İnterturan" mebel mağazası niyə bağlandı?
-
“Santa Barbara”nın aktyorunu maşın vurub öldürdü
-
Bakıya leysan yağacaq - Bu tarixdə
-
53 yaşlı Aişvariya Ray illərə meydan oxuyur – Gözəlliyi diqqət çəkdi - (Video)
-
Məleykə Abbaszadə BDU-da nələri dəyişəcək?
-
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib - (Foto)
-
Pakistanda dəhşətli qəza: Avtobus yanacaq çəni ilə toqquşdu, 10 nəfər öldü





