- Bir üstəgəl iki, edər... Edər beş! Yox, altı! Ya da yeddi!
...Həmidin 6 yaşı var. Onun yaşıdlarının çoxu ən sadə riyazi hesablamaların öhdəsindən asanlıqla gəldiyi halda, Həmid "2 üstəgəl 2 neçə edər?" sualını eşidəndə duruxub qalır. Bu balaca insan üçün sadə hesablamalar mürəkkəb problemlərə çevrilir və o, dərslərini də təbii ki, çətinliklə oxuyur.
İki ay sonra Həmid Veysəllinin 7 yaşı olacaq. Yay tətilinin başlanmasına çox sevinən Həmidin dediyinə görə, məktəbə getmək istəmir: "Məktəb istəmirəm. Orada mənə pis suallar verirlər. Müəllim də həmişə danlayır. Deyir ki, heç nə bilmirəm. Getməyəcəm məktəbə!"
Həmidin riyazi hesablamalarla çətinlik çəkməsi nadir hal deyil, Azərbaycanda belə uşaqlar var. Onların arasında "2 üstəgəl 2" sualını eşidəndə duruxub qalanlar da var.
Bu uşaqlar diskalkulyasiya problemi olan kiçik vətəndaşlardır.
...Ən sadə riyazi məsələləri həll edə bilməyən, hesablamalar aparmaqda çətinlik çəkən uşaqların sayı ilbəil artır. Diskalkulyasiya, yəni riyazi hesablamalar aparmaqda çətinlik çəkmək ilk baxışdan göründüyü təki, sıradan bir məsələ deyil.
Milli.Az xəbər portalı "Science"ə istinadən bildirir ki, əgər diskalkulyasiyanın müalicəsinə yetərincə diqqət ayrılmazsa, onda təxminən 20 il sonra planeti qlobal maliyyə böhranı gözləyir. Özü də indiyədək yaşanmış problemlər həmin böhranla müqayisədə uşaq əyləncəsi təsiri bağışlayacaq.
İnsanların ən sadə riyazi misal və məsələləri həll edə bilməməsi olan diskalkulyasiyanın ilkin təzahürləri uşaqlığın erkən illərində peyda olur. Hazırda dünyada hər 20 insandan birində bu problem müşahidə olunur. Fəqət tədqiqatçı alimlərin tam əksəriyyətinin fikrincə, sözügedən patologiyaya yetərincə diqqət verilmir.
Valideyn laqeyd qalanda...
Belə ki, övladının vurma cədvəlinin öhdəsindən gələ biməməsi və ya əlindəki barmaqları saya bilməməsini görən valideyn narahat olmur, özünü sakitləşdirərək düşünür ki, uşağı riyaziyyatda uğur əldə edə bilməsə də, başqa sahələrdə, məsələn, humanitar elmlərdə nəsə edə bilər.
Ekspertlər belə düşüncənin yanlış olduğunu deyirlər.
Sadə bir misal: diskalkulyasiya problemi olan uşaq məkanın qiymətləndirilməsində çətinlik çəkir. Məsələn, o, standart hündürlüklü otağın yüksəkliyinin 80 metr olduğunu düşünür.
İş ondadır ki, diskalkulyasiya əksər hallarda digər pozuntularla müşayiət olunur. Məsələn, hesablamalarda çətinlik çəkən uşaqlarda disleksiya (yazmaq və oxumaqla bağlı çətinlik), ya da diqqət çatışmazlığı sindromu ilə hiperaktivlik olur. Di gəl, valideynlər uşağın yazıb-oxumağı öyrənməsinə onun hesablamaları asanlıqla aparmaq bacarığını əxz etməsi ilə müqayisədə daha az diqqət ayırırlar.
"Valideynlərin əksəriyyəti nədənsə belə düşünür ki, kəmiyyət anlamı ilə müqayisədə savad daha önəmlidir. "Hesablaya bilmirəm" demək "yazmağı bacarmıram"ı söyləməkdən daha yüngül iş sayılır. Halbuki, belə deyil. Statistika göstərir ki, ən sadə riyazi bacarıqları olmayan adamlar çox nadir hallarda həyatda nəyəsə nail ola bilirlər. Onların tam əksəriyyəti ən primitiv əməliyyatların görülməsinin və xüsusi biliklə bacarığın tələb olunmadığı işlərdə çalışırlar. Bu isə təbii ki, həmin adamların yaşadıqları ölkənin iqtisadiyyatına çox ağır zərbədir", - London Universitet Kollecinin professoru Brayan Battervort deyir.
Maraqlıdır ki, Britaniya ilə yanaşı, Avropa Birliyi ölkələri və Yaponiyada aparılmış araşdırmalar kəmiyyət düşüncəsinin olmaması bisavadlıqla müqayisədə daha ciddi problemlər yaratdığını göstərib. Dünyanın inkişaf etmiş dövlətlərini birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədqiqatları isə məktəblilər arasında riyaziyyatın təbliğatının konkret ölkələrdə ümumdaxili məhsulun (ÜDM) adambaşına düşən payının artımını göstərib.
İnkişaf etmiş ölkələr problemin ciddiliyini anlayıblar və diskalkulyasiya əlamətləri müşahidə olunan azyaşlıların problemlərinin həlli üçün dövlət büdcəsindən maliyyələşdirilən proqramlar hazırlanaraq həyata keçirilir. Məsələn, Britaniya və ABŞ-da diskalkulyasiyalı olduğu təsdiqlənmiş azyaşlıların bu probleminin həlli üçün xüsusi tədris mərkəzləri fəaliyyət göstərir. Belə mərkəzlərə uşaqlar adi məktəbdən ayrılaraq cəlb olunmurlar. Tam tərsinə, həmin mərkəzlər diskalkulyasiyalı uşaqların adi, normal məktəblərdə təhsillərini normal məcraya salmaq, bu azyaşlıların riyazi hesablamalarla bağlı problemlərini onların psixikasına və xüsusilə də özünəqiymətinə zərbə vurmadan həllinə yönəlib.
İnkişaf etmiş ölkələrin təcrübəsindən Türkiyə də bəhrələnir. İstanbul və Ankara ilə yanaşı, Türkiyənin 18 şəhərində diskalkulyasiya probleminin aradan qaldırılmasına yönəlmiş mərkəzlər və dərnəklər var. Həmin mərkəzlərdə yüksək ixtisaslı peşəkar mütəxəssislər çalışır və onlar uşaq psixoloqları ilə birlikdə azyaşlıların hesab müşküllərini çözməyə çalışırlar.
Diskalkulyasiyanın əlamətləri
Kembric, Oksford və Yel universitetlərinin alimlərinin uşaqlarda riyazi hesablamaların çətinliyi ilə bağlı apardıqları araşdırmalar nəticəsində o da məlum olub ki, diskalkulyasiyalı azyaşlıların istisnasız olaraq hamısında yeni simptomlar və əlamətlər müşahidə edilir.
Həmin əlamətlərin məcmusu belədir:
1. Rəqəmli hesablamalar zamanı çətinliklər. Rəqəmin tərkibinin bilinməməsi, riyazi qaydaların əxz edilməsində çətinlik.
2. Rəqəmlərin ardıcıllığının şüurlu yox, avtomatik qaydada yadda saxlanması və deyilməsi
3. Rəqəmi yazmaq və deməkdə çətinlik çəkilməsi
4. Ən sadə riyazi əməllərin yerinə yetirilməsi zamanı qaydalara yox, yaddaşdakı zahiri görüntü obrazlarına istinad edilməsi
5. Vurma, toplama, çıxma əməliyyatları zamanı çətinlik
6. Məkanın dəyərləndirilməsi zamanı çətinlik çəkilməsi
Boz maddənin çatışmazlığı
Hətta ən sadə riyazi misal və məsələlərin həlli zamanı insan beyninin böyük yarımkürələrinin ön qafa hissələri işə düşür. Son tədqiqatlar göstərir ki, diskalkulyasiyaya mübtəla olmuş insanlarda beyinin ön qafa hissəsi ilə yanaşı, gicgah şırımlarının da inkişafının ləngiməsi və ya zəif inkişafı müşahidə olunur. Bundan başqa, həmin insanların beyinlərinin rəqəmlərlə əməliyyatları yerinə yetirən hissələrindəki boz maddə çatışmazlığı qeydə alınıb.
Tədqiqatlar onu da sübut edir ki, diskalkulyasiya xəstəliyinin ağır formada olduğu insanların beyində müəyyən neyron şəbəkələrin fəaliyyətində ciddi fəsadlar yaranır və bu, sonucda beyinin ümumi inkişafını ləngidir.
Maraqlıdır ki, əksər hallarda diskalkulyasiya uşağın beynindəki patologiya yox, onun ümumi inkişafındakı ləngimə və problemlərlə bağlıdır.
Fəqət, istənilən halda problemi həll etmək, mərəzin çarəsini tapmaq olar.
Bunun üçün uşaqla mütləq şəkildə məşğul olmaq, hər şeyi başlı-başına buraxmayıb balacanın riyazi bacarıqlarının formalaşmasına nail olmaq gərəkdir.
Oxumaq, oxunanın tələffüzü və fikirlərin sözlə izharında problemlərin yaşanmasından ibarət olan disleksiya zamanı uşaqların təhsil və tədrirə olan real potensialı ilə onların təhsilinin nəticələri arasında çox böyük fərq yaranır.
Eyni zamanda, disqrafiya da uşaqlarda müşahidə olunan problemdir.
Nə etməli?
Psixoloq Vələddin Ağayev Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, disqrafiyanın nevroloji etiologiyası, yəni mənşəyi var: "Bu zaman uşaqlar hərflərin yazılmasında çətinlik çəkir, qrammatika qaydalarını öyrənə bilmir və ən sadə sözləri yazarkən kobud səhvlərə yol verirlər.
Amma diskalkulyasiya daha ciddi problemdir. Azərbaycanda hazırda nə qədər uşağın hesablamaq və riyazi əməliyyatları yerinə yetirməklə bağlı çətinlik çəkmələri ilə bağlı rəsmi statistika yoxdur. Bununla belə, belə uşaqlar ölkəmizdə var və onların probleminin həlli tək müəllimlərin yox, həm də valideynlərin üzərinə düşən ümdə vəzifədir. Əks təqdirdə yazıb-oxumağı bilən, amma ən adi riyazi əməliyyatları yerinə yetirərkən ciddi səhvlərə yol verən insanlar böyüdə bilərik".
Psixoloqun fikrincə, dünya təcrübəsinə əsaslanaraq demək olar ki, uşaqlarda disleksiya probleminin həllində əsas vəzifə və məsuliyyət daha çox valideynlərin boynuna düşür. Ən adi hesab əməliyyatlarını yerinə yetirə bilməyən uşaqda heç bir geriləmənin olmadığını düşünən valideynlərin laqeydliyi sonradan ciddi problemlərin yaranmasına səbəb olur.
Tural Sarı
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Hesab bilməyənlərin hesabı itir
7 İyun 2011 08:00
Baxış: 1 120

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Maliyyə intizamınız sizə uğur gətirəcək
-
Ruhuna savab əvəzinə israf? - Bir dəfn 20 min manata başa gəlir
-
"Yüksək bal əsla keyfiyyət göstəricisi ola bilməz"
-
Adı "Qırmızı Kitab"a düşmüş qara kərkəs IDEA tərəfindən xilas edildi
-
Bu il ən aşağı keçid balı hansı ixtisaslarda olub?
-
Bu gün əlavə imtahanlar keçiriləcək
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Maliyyə intizamınız sizə uğur gətirəcək
-
Müharibədə əsir düşdü: mühüm xəbərləri yalnız gözləri ilə çatdırdı
-
Azərbaycanla matçı buraxacaq
-
Yaponiya tarixində ilk dəfə baş nazir qadın ola bilər
-
Beş BÜRC kasıblığın daşını atır: Birdən-birə varlanacaqlar
-
Pedridən Türkiyə qapısına baxımlı qol - VİDEO
-
Elektromobil sahiblərini gözləyən fantastik batareya xərcləri - VİDEO
-
Türkiyədə zəlzələ oldu - YENİLƏNİB
-
Armani onun yanında dəfn olunmaq istəyibmiş
-
Çin Mərkəzi Bankı 10 aydır fasiləsiz qızıl alır - nəyə hazırlaşır?
-
Səkkiz OPEC+ ölkəsi gündəlik neft hasilatını 137 min barel azaldacaq
-
İpotekaya yararlı evlər bahalaşır: Səbəb - VİDEO
-
Gürcüstan millisindən böyükhesablı qələbə
-
Bakıda Ay tutulması müşahidə olunur - YENİLƏNİB - FOTO
-
İstanbulda mitinq keçirmək qadağan edildi
-
Boyun ölçünüz xəstəliyinizin xəbərçisidir - Kişilərdə və qadınlarda bu qədər
-
Rusiya bu istiqamətdə "həlledici döyüşə" HAZIRLAŞIR
-
AK rəhbəri Rusiyanı diplomatiyanı təhqir etməkdə günahlandırdı
-
“Möhtəşəm Yüzyıl”ın Sümbül Ağası hər kəsi təəccübləndirdi – Gənclərə meydan oxuyur - FOTO
-
Ermitajda mina təhlükəsi - Muzeyə giriş bağlandı
-
Niyə şəkər qabına dəfnə yarpağı qoyurlar: bunu bütün sovet evdar qadınları edirdi
-
Nəriman “Benfika”ya qarşı da oynamayacaq
-
Urmiya gölü tamamilə quruyub
-
Azərbaycan millisi tarixində ilk dəfə finala yüksəldi - YENİLƏNİB