Cəmiyyət

İllərdir həsrətlə gözlədikləri qazın çəkilişi üçün "Azəriqaz"dan gözlə açıqlaması... - VİDEO

22 İyun 2023 14:52
Baxış: 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İllərdir qaz probleminin həllini gözləyirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Cəlilabadın Eçara kənd sakinləri uzun müddətdir ki, qaz olmadiği üçün  problem yaşayırlar.

Sakinlər deyir ki, rayonun çox hissəsi mavi qazla təmin olunub. Amma onların və bir -neçə kəndin qaz problemi nədənsə həl olunmur. Onlar balon qazlarından istifadə etmək məcburiyyətində qalırlar. Qışda evləri qızdırmaq üçün  yanacaq kimi odundan istifadə  edirlər. Odun isə onlara baha başa gəlir.

Problemlə bağlı Azəriqaz İstehsalat Birliyindən bildirdilər ki, regionların qazlaşdırılması prosesi növbəli şəkildə mütamadi olaraq davam etdirilir.

İndi sakinlər onlara növbənin çatacağı günü səbrsizliklə gözləyirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.