Qoroskop

Yeni ildən beş bürcün maaşı artacaq - İş təklifi, əlavə bonus...

9 Dekabr 2025 10:50
Baxış: 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ulduzlara görə, ilin ilk aylarından etibarən bəzi bürcləri uğurlu anlaşmalar, yüksələn gəlirlər və daha sabit maliyyə gözləyir.

Milli.Az həmin bürcləri sizə təqdim edir:

Buğa bürcü

2026 Buğalar üçün maddi yüksəlişlə başlayacaq. Uzun müddətdir gözlədikləri zəhmətinin qarşılığını görməyə başlayacaqlar. İş yerində maaşın artırılması, yeni vəzifə və ya yaxşı təkliflər mümkündür. Səbir və davamlılıq sayəsində daha rahat maliyyə dövrünə qədəm qoyacaqlar.
Yeni ildən cəsarətli addımlar atın - şans sizinlədir.

Oğlaq bürcü

Oğlaqlar üçün il peşəkar nailiyyətlərlə dolu olacaq. Onların ciddi və məsuliyyətli işi rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Yanvar və fevralda əlavə bonus, maaş artımı və ya yeni iş layihələri gözlənilir. Düzgün maliyyə idarəçiliyi aparsalar, ilin ortasına qədər yaxşı ehtiyat toplayacaqlar.
Qarşınıza çıxan imkanları dəyərləndirin - hər biri sizi irəli aparacaq.

Qız bürcü

Qız bürcləri 2026-cı ildə layiq olduqları dəyəri nəhayət görəcəklər. Uzun müddət zəhmət çəkib dəyərini tapmayan Qızlar üçün il dönüş nöqtəsi olacaq. Maaş artımı və daha məsuliyyətli mövqelər gündəmə gələ bilər. Maddi uğurlarla yanaşı şəxsi həyatda da irəliləyiş gözlənilir.
Öz gücünüzə inanın - başladığınız işlərin nəticəsi tezliklə görünəcək.

Əqrəb bürcü

Əqrəblər ilin əvvəlində gözlənilməz maliyyə qazancı ilə qarşılaşa bilərlər. Bu gəlir yeni layihə və ya kənardan dəstək şəklində ola bilər. Ulduzlar göstərir ki, həm iş, həm də şəxsi həyat baxımından şanslı bir dövrə daxil olurlar.
Köhnə qorxularınızı geridə qoyun - yeni imkanlar qapını döyür.

Şir bürcü

Şirlər üçün 2026 güclü başlanğıc vəd edir. Onların enerjisi və lider ruhu sayəsində həm gəlir artıran təkliflər, həm də əlavə qazanc mənbələri ortaya çıxa bilər. Bəzi Şirlər üçün öz işinə başlamaq və ya yaradıcı fəaliyyətlərdən gəlir qazanmaq mümkün olacaq.
Öz potensialınıza güvənin - bu il parlayacağınız dövrdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.