Kriminal

Azərbaycanda qonşunun internetinə qoşulmaq istəyən şəxs başına iş açdı

9 Dekabr 2025 20:41
Baxış: 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkirdə qonşusunun internetinə qoşulmaq istəyən 2002-ci il təvəllüdlü Röyal Qasımov başına iş açıb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

Belə ki, içkili halda üzbəüz qonşunun evinə internetə qoşulmaq üçün daxil olan 23 yaşlı gəncin əməli Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə tövsif edilib.

Mənzildə yaşayanın iradəsinin ziddinə mənzilə daxil olmaqda təqsirləndirilən şəxs 2000 manat məbləğində cərimə edilib.

Röyal Qasımov istintaq dövründə 1 ay 17 gün həbsdə olduğu üçün onun cəriməsi 1000 manata endirilib. (teleqraf)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.