Avropa Kosmik Müşahidə Xidməti (Copernicus) bildirib ki, 2025-ci il tarixi qeydlər üzrə ən isti illərdən biri ola bilər. Xüsusilə, noyabr 2025-ci il artıq üçüncü ən isti noyabr olaraq qeydə alınıb.
Milli.Az xəbər verir ki, noyabr ayında orta temperatur +14,02°C olub, bu, 1991-2020-ci illərin orta göstəricisindən 0,65°C yüksəkdir. 2025-ci il 2023-cü il ilə oxşar temperatur göstəricilərinə sahib ola bilər.
Ekspertlər qeyd edir ki, insan fəaliyyəti iqlim dəyişikliyinə səbəb olur və bunun nəticəsində ekstremal hava hadisələri daha tez-tez və daha güclü baş verir. ARC və CSIRO mərkəzlərinin superkompüter modelləri göstərir ki, CO₂ emissiyası tam dayandırılsa belə, ekstremal istilik ən azı 1000 il zəifləməyəcək.
Hətta sıfır emissiyaya çatmaq 5 il də gecikərsə, istilik dalğaları daha uzun, daha isti və daha tez-tez baş verəcək. Ümumilikdə, ekstremal istilik doinduatrial səviyyələrə qayıtmayacaq, bu da iqlim böhranının uzunmüddətli təsirini göstərir.
İsmayıl
Milli.Az





