İllərdir qaz probleminin həllini gözləyirlər.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Cəlilabadın Eçara kənd sakinləri uzun müddətdir ki, qaz olmadiği üçün problem yaşayırlar.
Sakinlər deyir ki, rayonun çox hissəsi mavi qazla təmin olunub. Amma onların və bir -neçə kəndin qaz problemi nədənsə həl olunmur. Onlar balon qazlarından istifadə etmək məcburiyyətində qalırlar. Qışda evləri qızdırmaq üçün yanacaq kimi odundan istifadə edirlər. Odun isə onlara baha başa gəlir.
Problemlə bağlı Azəriqaz İstehsalat Birliyindən bildirdilər ki, regionların qazlaşdırılması prosesi növbəli şəkildə mütamadi olaraq davam etdirilir.
İndi sakinlər onlara növbənin çatacağı günü səbrsizliklə gözləyirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az