Hadisə

"Sumqayıt" - "İmişli" oyununda ara qarışdı - VİDEO

10 Dekabr 2025 00:26
Baxış: 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misli Premyer Liqasının XIV turunda keçirilən "Sumqayıt" - "İmişli" qarşılaşmasında gərgin anlar yaşanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oyunun 90+8-ci dəqiqəsində "İmişli"nin futbolçusu İbrahim Əliyev penaltini dəqiq yerinə yetirə bilməyib.

Bu hadisədən sonra Əliyevin məhz "Sumqayıt"ın yetirməsi olduğu üçün azarkeşlər onun qol vurmağa cəhd etməsini etirazla qarşılayıblar. Nəticədə stadionda gərginlik artıb.

İbrahim Əliyev isə insidentdən sonra "Sumqayıt"ın hücumçusu Aleksandr Ramallinqom tərəfindən təhqir olunduğunu iddia edib.

Qeyd edək ki, görüş "Sumqayıt"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.