"Rəngarəng" verilişinin canlı efirində aşıq Namiq ilə aparıcı Zaur Nəbioğlu arasında gərgin anlar yaşanıb.
Milli.Az xəbər verir ki, gərginliyə səbəb sənətçiyə "müəllim" deyə müraciət olunması olub.
Aşıq Namiq efirdə illərdir şagird və tələbələr yetişdirdiyini, buna görə də bu ada tam layiq olduğunu bildirib. O, hətta özünə "ustad" deyə müraciət edilməsini tələb etdiyini vurğulayıb.
Verilişdə tərəflər arasında baş verən dialoq izləyicilərin diqqətini çəkib və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa
Milli.Az





