Ölkə

İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO

9 Dekabr 2025 23:20
Baxış: 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 8-də paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı Nicat Quliyevlə bağlı yeni iddialar var.

Milli.Az bildirir ki, Nicat Quliyev bir neçə öncə psixiatrik xəstəxanalardan birində uzun müddət müalicə alıb.

Mərhumun xeyli miqdarda borcunun olduğu da iddia olunur. N.Quliyevin məhz bu səbəbdən intihar etməsi ehtimalı irəli sürülür.

Onun barəsində hələlik bir çox təfərrüatlar naməlumdur.

Xatırladaq ki, qətl hadisəsi dünən gecə "Neftçilər" metrosu yaxınlığında evlərdən birində baş verib.

Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mərhumun anası Mətanət Quliyeva AMEA prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hazırda faktla bağlı araşdırmalr davam etdirilir./yenisabah

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.