Müdafiə Nazirliyi: Aprel döyüşləri Zəfərə gedən yolun başlanğıcıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ordumuzun zəfər əzmini nümayiş etdirən Aprel döyüşlərindən 10 il keçir".
Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ərazilərimizin işğaldan tam azad olunmasına aparan Şanlı Zəfər yolunun başlanğıcıdır. Bu döyüşlər xalqımız və dövlətimiz üçün böyük Qələbənin başlanğıcı kimi hörmət və qürur hissi ilə xatırlanır.
Ordumuzun peşəkarlığı sayəsində həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilər verən Ermənistan silahlı qüvvələri haqqında uydurulmuş "məğlubedilməzlik" mifi dağıldı və millətimizin qələbə əzmi yüksəldi.
Bölmələrimizin qətiyyətli zərbələri nəticəsində Ermənistan ordusunun 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası, 320 hərbçisi məhv edildi, 500-dən artıq döyüşçüsü yaralandı.
İşğal altında olan 2 min hektardan çox torpaqlarımız azad olundu, həmçinin Lələtəpə yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və minlərlə hektar strateji əhəmiyyətli ərazi Ordumuzun tam nəzarətinə keçdi.
Azərbaycan Ordusunun şücaəti və peşəkarlığı bu döyüşlərdə özünü göstərdi. Aprel döyüşləri həm hərbi, həm də psixoloji baxımdan mühüm dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun döyüşlərdə qazandığı üstünlük sayəsində xalqımızda torpaqlarımızın hərbi yolla azad ediləcəyinə inam daha da möhkəmləndi.
Aprel döyüşləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Zəfərə gedən yolun əsasını qoydu və təcrübə baxımından ordumuz üçün ciddi sınaq oldu.
Xalq-dövlət-ordu birliyi naminə həmrəyliyin təntənəsinə çevrilən Aprel qələbəsi, eyni zamanda Azərbaycan əsgərinin peşəkarlığının, ordumuzun qüdrətinin və Vətən övladlarının misilsiz şücaətinin ifadəsi kimi tarixləşdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu başladığı əks-hücum əməliyyatını 44 gün ərzində möhtəşəm tarixi qələbə ilə başa vurdu.
Vətən müharibəsi, antiterror əməliyyatı da daxil olmaqla, postmüharibə dövründəki uğurlu döyüş əməliyyatları nəticəsində şəhidlərimizin qisası alındı, separatizmə son qoyuldu, ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının konstitusiya quruluşu tam bərpa olundu, ərazi bütövlüyümüz, suverenliyimiz təmin edildi, həmçinin azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ramanada şok torpaq fırıldaqçılığı: 11 nəfər hakim qarşısına çıxarılır
-
Vətənə xidmətlə keçən ömür: Polkovnik Höcət Vəliyev
-
Səfərbərlik Xidmətində 88 nəfərlə bağlı materiallar Baş Prokurorluğa göndərildi
-
Bu gün Bakının 4 rayonunda su olmayacaq
-
Bu hədiyyələr yoxsulluq və bəxtsizlik gətirir: Varsa, tez atın
-
Saçları məhv edən səhvlər
XƏBƏR LENTİ
-
Vüqar Əliyev həbs olundu
-
Moldovanın Baş naziri istefa verdi
-
Sığorta ödənişlərinin verilməsi qaydasında dəyişiklik edilir
-
Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib
-
Kəmaləddin Heydərov generalı işdən çıxardı - Yeni təyinat - (Foto)
-
Bacısından Ronaldo ilə bağlı diqqətçəkən açıqlama: "Onun son rəqsidir"
-
ATU-nin nümayəndə heyəti Ankara Universitetində işgüzar səfərdə olub - (Foto)
-
"4 aya İran üzərində qələbə qazandıq, ABŞ-nin əvvəlki müharibələri illərlə davam edib"
-
Yulian Naqelsmann istefa verdi
-
Ramanada şok torpaq fırıldaqçılığı: 11 nəfər hakim qarşısına çıxarılır
-
İbrahim Tatlısesin xəstəxanadan görüntüsü yayıldı - (Foto)
-
Vətənə xidmətlə keçən ömür: Polkovnik Höcət Vəliyev
-
Yaponiyada güclü zəlzələ oldu
-
Arvadı Netanyahunun üstünə qışqırdı - (Video)
-
Azərbaycan nefti ucuzlaşdı
-
Səfərbərlik Xidmətində 88 nəfərlə bağlı materiallar Baş Prokurorluğa göndərildi
-
Əli Xamenei ilə vida mərasimi başladı - (Foto-Video)
-
Bu gün Bakının 4 rayonunda su olmayacaq
-
Britaniyada “Maşa və Ayı"nın qadağan olunmasını istəyirlər
-
Ləman Ələşrəfqızının pulu kartına geri qaytarıldı - Kiberdələduz yaxalandı
-
"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - (Foto)
-
Qızılın qiyməti 4200 dollar həddini keçdi
-
DÇ-2026: Daha bir 1/8 finalçı məlum oldu
-
Məşhur türk müğənni Nuri Sərinləndiricinin mahnısı ilə videosunu paylaşdı - (Video)





