Hadisə

Şikayətlərlə gündəmə gələn klinika adını DƏYİŞDİ

2 Aprel 2026 09:22
Baxış: 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"MedAura" klinikası adını dəyişərək fəaliyyətini yeni brend altında davam etdirir. 

Milli.Az xəbər verir ki, klinika bundan sonra "28 Medikal Center" adı ilə fəaliyyət göstərəcək.

Məlumata görə, bir müddətdir klinikanın köhnə adla fəaliyyət göstərən sosial şəbəkə səhifələri də bağlanmışdı. Pasiyentlərin müraciəti zamanı ünvanın dəyişmədiyi, lakin klinikanın adının yeniləndiyi bildirilib.

Eyni zamanda, tibb müəssisəsinin bütün sosial media hesabları da yeni ada uyğun şəkildə yenilənib.

Qeyd edək ki, "MedAura" klinikası son illərdə sosial şəbəkələrdə pasiyent şikayətləri ilə tez-tez gündəmə gəlirdi./Medicina.az

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.