Sağlamlıq

Səhərlər qətiyyən yemək olmaz, ancaq bütün restoranların menyusunda var

9 Dekabr 2025 11:00
Baxış: 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi ənənəvi səhər yeməyi məhsulu əslində səhər saatlarında orqanizmə zərər verə bilər.

Milli.Az xəbər verir ki, bunu türkiyəli həkim Halit Furkan deyib. O bildirib ki, səhər yeməyi bədən üçün ən kritik vaxt hesab olunur.

"Bu saatda qəbul edilən qidalar qan şəkərinin stabilləşməsi, enerji səviyyəsinin normallaşması və günə düzgün başlama üçün böyük rol oynayır"

Halit Furkan səhər yeməsi tövsiyyə edilməyən qidaları sadalayıb:

Qızardılmış börək

Yüksək temperaturda qızartma trans yağların yaranmasına səbəb olur. Bu yağlar damar sağlamlığı üçün risklidir və səhər acqarına qəbul ediləndə iltihabı və qanda yağ səviyyəsini artırır.

Pişki

Ağ un və yağ qarışığı sürətli şəkildə qan şəkərini qaldırır, qısa müddətdə yenidən düşür və gün ərzində halsızlıq, şirniyyat istəyi yarada bilər.

Mürəbbə

Tərkibindəki yüksək şəkər səbəbindən qaraciyər üçün əlavə yük yaradır və şəkərin tez yüksəlməsinə səbəb olur.

Kartof fri

Yüksək temperaturda hazırlananda akrilamid adlı zərərli maddə əmələ gəlir. Bu, orqanizmdə stresə və ümumi balanssızlığa səbəb ola bilər.

Sosiska və kolbasa

Bu məhsullarda müxtəlif qatqılar və duz çox olur. Daimi istehlak orqanizmdə xoşagəlməz reaksiyalar yarada bilər.

Qarğıdalı qarışığı

Paketlənmiş bir çox qarışığın şəkər miqdarı çox yüksəkdir. Səhər saatlarında bu tip karbonhidratlar enerji dalğalanması və tez acma hissi yaradır.

Şokolad kremi və hazır meyvə şirələri

Şəkər miqdarı çox olduğuna görə qan şəkərini sürətlə artırır və enerjinin tez düşməsinə səbəb olur.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.