"Onların başları batsın..." - Rəşid Mahmudov əsəbiləşdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, xəstələri əl enerjisi ilə müalicə etdiyini iddia edən özbəkəsilli, "Bionurun sahibi" adı ilə tanınan İqbol Soliyev Bakı şəhərinə gəlib. Onun təqdim etdiyi "müalicə üsulu" sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəs həqiqətən də, bu üsulla hansısa xəstəlikləri sağaltmaq mümkündürmü?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı manset.az Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudova müraciət edib. O, verdiyi açıqlamada vurğulayıb ki, xüsusi enerji ilə müalicə tibb elminə məlum olmayan bir anlayışdır:
"Onu həbs etməkdə çox düzgün ediblər. Belə insanlar sadəcə fırldaqçıdırlar. Bu, tibbə məlum olmayan bir iddiadır və elmdən kənarda heç bir şey yoxdur. Bütün insanların hər bir hüceyrəsi adi halda 60-90 millivolt cərəyan verir. Fəaliyyət göstərəndə isə bu rəqəm 90-120 millivolt arası olur. Yəni o şəxs heç kəsdən fərqli deyil, bu enerji hamıda var. Elə şəxslər camaatı aldadır. Buna inanmaq bizim insanların cahilliyini göstərir. Onlar ayılmalıdır, belə şeylərə inanmamalıdırlar. Bir ara bəzi regionlarda "qaloşla müalicə" məşhurlaşmışdı, ona da meyl edənlər var idi. Bunlar hamısı savadsızlığın, anlayışsızlığın göstəricisidir. Hələ birinin əri, birinin oğlu götürüb aparır o kişinin yanına. Onların başları batsın... Yanlarında kişi əlini qadının ora-burasına çəkir".
Qeyd edək ki, ötən gün paytaxtda yerləşən "Bİ ES VİP" estetik klinikasında izdihama səbəb olan İqbol Soliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
-
Kolleclərə yeni təyinatlar olub
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
XƏBƏR LENTİ
-
Vahid Ələkbərovun ən böyük səhmdarı olduğu şirkətin zavodu vuruldu
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Video)
-
Azərbaycanda iki nəfər çayda batdı - Axtarışlar davam edir
-
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Kolleclərə yeni təyinatlar olub
-
Tovuzda avtomobil körpüdən aşdı - Yaralılar var
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
-
Məşhur gürcü qanuni oğru Moskvada saxlanıldı
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Azad edilmiş ərazilərdə 16 tank əleyhinə mina aşkarlandı
-
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - (Video/Foto)
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
-
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?
-
Simeone La Liqada tarixi rekorda imza atdı
-
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib - (Yenilənib)
-
Şəhriyar Əbilov: "Bu, nə idi yaşadığım? Nur içində yat"
-
Bakıda hoteldə 46 yaşlı kişi öldü
-
Sılanın əzələli görünüşü diqqət çəkdi - (Video)
-
Qəzetlərə çap üçün aylıq 5 000 manat, saytlarına isə 3 000 manat dəstək veriləcək





