İran

Xameneinin arvadı sağ imiş

12 Mart 2026 21:17
Baxış: 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mənsurə Xocəstə - İsrailin zərbəsi nəticəsində həlak olmuş İranın sabiq ali rəhbəri Əli Xameneinin həyat yoldaşı sağdır.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya KİV İranın "Fars" agentliyinə istinadən məlumat yayıb.

"Bildiririk ki, həlak olmuş ali rəhbərin həyat yoldaşı sağdır. Bu barədə ilkin məlumatlar yanlış olub", - agentliyin məlumatında bildirilib.

Qeyd edək ki, İran KİV martın 2-də məlumat vermişdi ki, Əli Xameneinin həyat yoldaşı fevralın 28-də İsrail hərbi hava qüvvələrinin Tehranda ayətullahın iqamətgahına hücumundan sonra ağır yaralanıb və komaya düşüb, daha sonra isə vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.