Cəmiyyət

Bir neçə ölkə vətəndaşı İrandan Azərbaycan ərazisinə daxil olub

12 Mart 2026 22:24
Baxış: 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, gün ərzində müxtəlif ölkələrin vətəndaşları sərhədi keçərək təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar. Belə ki, Çin (1 nəfər), Qazaxıstan (1 nəfər), Rusiya (1 nəfər), Özbəkistan (1 nəfər) və Tacikistan (2 nəfər) vətəndaşı təxliyə olunub.

Bununla yanaşı, Azərbaycanın 7 nəfər vətəndaşı da ölkə ərazisinə daxil olub. Gün ərzində, həmçinin Yunanıstanın 7 vətəndaşı, o cümlədən 4 diplomatik nümayəndəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycan ərazisinə keçib.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və digər prosedurlardan keçdikdən sonra ölkə ərazisinə buraxılıblar. Proses aidiyyəti dövlət qurumlarının koordinasiyası ilə davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.