Biləsuvar rayon sakini Albaniyada bədbəxt hadisənin qurbanı olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Durres şəhər limanında qeydə alınıb.
İlkin məlumata görə, gəmidə yük boşaltma zamanı Biləsuvar şəhər sakini, 2001-ci il təvəllüdlü Əvəz Cəfərovu elektrik cərəyanı vurub.
O, xəstəxanaya aparılsa da, öldüyü məlum olub.
Mərhum doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.
Faktla bağlı Albaniyanın istintaq orqanı tərəfindən araşdırma aparılır.
----------
Albaniyada azərbaycanlı dənizçi bədbəxt hadisə nəticəsində həlak olub.
Milli.Az xəbər verir ki, bu barədə "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, Panama bayrağı altında üzən "Kybele" gəmisindən yük boşaldılması zamanı 25 yaşlı Əvəz Cəfərovu cərəyan vurub.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Milli.Az





