Cəmiyyət

Kürün səviyyəsi qalxır - Daha əkin sahələri qurumayacaq... - VİDEO

23 May 2023 21:27
Baxış: 1 518
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən aylar Kür çayında suyun kəskin azalması ciddi problemlərə səbəb olmuşdu.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hazırda Kür çayında suyun səviyyəsində artım müşahidə edilir. Salyanlı təsərrüfat sahibləri deyir ki, artıq əkin sahələrinin suvarılmasında çətinliklə üzləşmir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev "Xəzər Xəbər"ə bildirib ki, mart-aprel aylarında çayın bəzi rayonlardan keçən hissəsində suyun səviyyəsi xeyli düşmüşdü.

Onun sözlərinə görə may ayında havaların yağıntılı keçməsi çayda vəziyyəti normallaşdırıb.

Mərkəz direktoru qeyd edib ki, artım tendensiyası hələ bir müddət davam edəcək.

Asif Verdiyev əlavə edib ki, Kürün səviyyəsinin iyunun 15-nə kimi enməsi gözlənilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.