Cəmiyyət

Ərzaq məhsulları bahalaşır - Səbəb nədir? - VİDEO

14 Mart 2022 18:06
4 Şərh     Baxış: 3 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son bir ildə, xüsusilə 3 ayda ərzaq məhsullarının qiyməti kəskin artıb. Dövlət Statistika Komitəsinin son açıqladığı məlumata görə, alıcılar ötən ilin fevral ayında aldıqları eyni məhsul qurupunu bu il almaq üçün 17. 2 faiz daha artıq pul xərcləyiblər.

Milli.Az xəbər verir ki, alıcılarla yanaşı, satıcılar da qiymətlərin xüsusilə son 3 ayda daha çox artıdığını bildirirlər.

Deyirlər ki, firmalar daşıma xərcləri və xammal qıtlığını əsas gətirərək malları daha baha təklif edirlər. Mağazalar isə malı əsasən aldıqları qiymətdən 10-15 % baha satırlar.

İqtisadçı-ekspert Xalid Kərimli "Xəzər Xəbər"ə deyib ki, qiymət artımına əsas səbəblər pandemiya, logistika xərclərinin artması, xammal qıtlığının yaranmasıdır. Üstəlik, dünyada ciddi ərzaq qıtlığının yarana biləcəyi qorxusu da var. Baş verən inflyasiyanın bu ildən azalacağı gözlənsə də, Rusiya-Ukrayna müharibəsi vəziyyəti dəyişdi.

Ekspertin fikrincə, Rusiya-Ukrayna müharibəsi və onun arealının genişlənə biləcəyi ehtimalı inflyasiyanın bu il aşağı düşmə şərtlərini xeyli çətinləşdirir. Bu isə o deməkdir ki, qiymət artımı bundan sonra da davam edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.