Cəmiyyət

XİN Ukraynanı tərk edən Azərbaycan vətəndaşlarının sayını açıqladı

28 Fevral 2022 21:40
0 Şərh     Baxış: 1 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan, habelə Rumıniya ərazisinə keçidi davam edir.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Xatırladırıq ki, sözügedən dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, Covid-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.

Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkəkərdən Moldova Respublikasına 950 nəfər vətəndaşımız, Polşa Respublikasına 447 nəfər vətəndaşımız, Macarıstana 17 nəfər vətəndaşımız, Rumıniyaya 200 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 13 nəfər vətəndaşımız daxil olub.

Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşlarımıza təqdim ediləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.