Şou-biznes

"Halallıqla olsun istəyirəm, elə-belə yox"

23 Aprel 2021 18:06
Baxış: 1 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Mətanət Əsədova Günya Firudinqızına müsahibəsində həyatı ilə bağlı danışıb. Sənətçi kövrək notlara toxunaraq təklikdən gileylənib.

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, M.Əsədova övladının olmamasını öz səhvi kimi dəyərləndirib:

"Niyə? Çünki halallıqla olsun istəyirəm, elə-belə yox. Qadınam və xoşbəxt olmaq haqqımdır. Özümü bir evin xanımı kimi görürəm. Ancaq bunu bilirəm, yoxsa boşa ömür keçirmək istəmirəm. Lakin öz həyatımı kiməsə arzulamaram.

Təklik çox pisdir. Bir gün yaxınlarım evimə qonaq gəldilər, sonra getdilər.
Deyir, sənin yanından qayıdandan sonra az qalıram öləm. Düşünürük ki, o yenə yalnız qaldı. Söylədim ki, mən hər gecə ölürəm. Həyatdır da, bu da qismətimlə barışmalıyam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.