Şou-biznes

Müğənni həmkarının ad gününə 30 manatlıq ətir apardı, qalmaqal qopdu

11 Fevral 2020 11:30
15 Şərh     Baxış: 5 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xatun Əliyeva "Hər şey daxil" verilişində qonaq olarkən qalmaqallı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi canlı yayımda ad çəkmədən tanınmış müğənnilərdən birinin 30 manatlıq doldurulma ətiri məclislərdən birinə hədiyyə apardığını bildirib:

"Eşitmişəm ki, bu yaxınlarda tanıdığımız müğənnilərdən birinə 30 manat dəyəri olan doldurulma ətir veriblər. O da həmin parfümü başqa bir müğənninin ad günü məclisinə hədiyyə aparıb. Həqiqətən də, çox gülüncdür. Onlar özlərinə hörmət etmirlər".

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) isə ad günlərinə ucuz hədiyyələrlə gələn məşhurlara belə münasibət bildirib:

"Restoranda menyu 50 manatdır. Sən bura gəlmisənsə, anlamalısan ki, ən azından masanın yerpulunu ödəməlisən. Bir də görürsən ki, həmin tanınmış tək deyil, yanında prodüserini də gətirir. Onda hesab artıq yüz manat edir. Artıq sən bir yeri məşğul etmisən də... Elə də olur ki, bəziləri ad gününə özü ilə bir neçə adam gətirir, hədiyyəsi də 40 manat qiymətində ətir olur".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.