Şou-biznes

Zarinanın bahalı hobbisi: “Buna görə azı 3 villanın pulunu xərcləmişəm”

7 Oktyabr 2023 17:39
Baxış: 2 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dəmir-dümürə, geyimə pul xərcləməyə əlim gəlmir, pullarımı səyahətlərə sərf edirəm".

Bu sözləri xərcləri haqda danışan aktrisa Zarina Qurbanova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa səyahətlərə 3-4 evin pulunu xərclədiyini bildirib:

"Elə də bahalı geyinmirəm, tanıyanlar da bilir ki, rahat geyimləri xoşlayıram. Bahalı avtomobilim də yoxdur. Rəfiqələrim hərdən deyir, niyə özünə bahalı maşın almırsan? Nə gizlədim, dəmir-dümürə pul xərcləməyə əlim gəlmir.

Pullarımı səyahətlərə xərcləyirəm. Əlimə pul düşən kimi səyahət edirəm. İndiyə qədər xərclədiyim pullara ən azı 3 ev, villa alardım. Amma gəzməyi çox sevirəm. İtməyi, azmağı, ekstrimləri xoşlayıram. Bütün ölkələri gəzməkdən zövq alıram. Yaradıcı adamlar üçün səyahət çox önəmlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.