Şou-biznes

Niyamın işlətdiyi "My beach"lə bağlı daha bir şikayət - FOTO

12 İyul 2023 10:46
Baxış: 3 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, müğənni Niyam Salaminin işlətdiyi, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkədə paylaşılaraq, müzakirələrə səbəb olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, restoranda ödənilən hesabla bağlı daha bir foto yayılıb. Bu dəfə isə müştəri 107 manat 50 qəpik xidməthaqqı tutulmasından şikayət edib. Belə ki, müştərinin sifariş etdikləri 430 manat edib. Bunun yanında ondan 107, 50 manat xidməthaqqı tələb olunub. Qəbzdə qeyd edilib ki, sifarişin ümumi məbləğindən 25 faiz xidməthaqqı tutulur. 

Müştəri hesabın yer aldığı qəbzi sosial şəbəkədə paylaşaraq, tənqid edib.

Qeyd edək ki, ötən gün də Niyam Salaminin işlətdiyi restoranla bağlı bənzər şikayət yayılmışdı. Restoran administratoru bu xidməthaqqına şou-proqramın da daxil edildiyini bildirib. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.