Şou-biznes

Lalə Azərtaş özünə bahalı avtomobil aldı, sürücü tutdu - FOTO

2 İyul 2023 21:03
Baxış: 5 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış teleaparıcı Lalə Azərtaş özünə yeni model Mersedes Viano alıb.

Milli.Az Konkret.az-a istinadən xəbər verir ki, 150-200 min manat qiyməti olan yeni avtomobili xanım aparıcı özü yox, sürücüsü idarə edir.

Qeyd edək ki, Lalə Azərtaş uzun illər xəbər aparıcısı kimi tanınsa da, bir neçə ildir "Xəzər" TV-də "Təsir dairəsi" sosial layihəsini aparır. Və layihə zamanla tamaşaçılar tərəfindən kəskin tənqid olunur, Lalə Azərtaşın profilinə uyğun olmadığı müzakirə edilir.

Buna baxmayaraq, deyilənlər "Təsir dairəsi"nə və aparıcıya heç bir təsir göstərmədən yayımını qalmaqallı şəkildə davam etdirir. Layihənin kanala xeyli gəlir gətirdiyi də istisna edilmir.

Aparıcının iqtisadi imkanlarının yaxşılaşması deyilənləri bir daha sübut edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.