47 yaşlı Hollivud ulduzu Şarliz Teronun şəxsi həyatı ilə bağlı yeni iddia ortaya çıxıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın model Aleks Dimitrieviçlə münasibətdə olduğu bildirilib. Cütlük ötən günlərdə restoranlardan birindən əl-ələ çıxarkən paparatsilərin obyektivinə tuş gəlib.
Qeyd edək ki, 2015-ci ildən heç kimlə sevgili olmayan Teron sonuncu dəfə aktyor Şon Penlə münasibətdə olub. Onun bir müddət əvvəl 45 yaşlı model Qabriel Obriylə sevgili olduğu ilə bağlı xəbərlər yayılsa da, öz təsdiqini tapmamışdı.
Milli.Az