Şou-biznes

Ağamirzə Məmmədov: “Həkimlər deyirlər ki, Ağakərimin çarəsi yoxdur”

1 Noyabr 2022 15:16
Baxış: 1 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İki gün əvvəl Ağakərimin yanında idim. O, artıq uzun müddətdir ki, evdə uzanıqlı vəziyyətdə qalıb. 10 dəfə salam verdim, ancaq üzümə baxır".

Mili.Az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.

Söz xiridarı 58 yaşlı həmkarı Kərim Novruzovun (Ağakərim) səhhətində heç bir irəliləyişin olmadığını və danışıq qabilliyyətinin itirdiyini açıqlayıb.

"Bəzi dərmanlar qəbul etmişdi, danışa bilmirdi. Dedilər ki, 3-4 saatdan sonra dərmanın təsiri gedəcək və o, danışacaq. Lakin danışmadı, indi də danışa bilmir. Ağakərimin yanında olanda o yalnız diqqətlə gözlərimin içinə baxırdı. Hiss edirəm ki, məni tanıyır. Həkimlər deyirlər ki, Ağakərimin çarəsi yoxdur. Nə qədər yaşadı yaşadı".

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Meyxanaçı ötən ilin dekabırında ikinci dəfə insult keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.