Şou-biznes

“Beyin insultu keçirmək təhlükəsi yaşadım” - VİDEO

20 Avqust 2022 13:30
0 Şərh     Baxış: 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış müğənni Xuraman Şuşalı koronavirusa yoluxduqdan sonra səhhətində yaranan problemlərdən danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, "Xəbər-ətər" verilişinə qonaq olan ifaçı beyin insultu keçirmək təhlükəsi yaşamasından bəhs edib:

"İki gün təzyiqim oynadı. Uzandıqda 85, başımı qaldırdıqda isə 135 olurdu. Beyin insultu keçirmək təhlükəsi yaşadım. Bu günə qədər çox işləmişəm, əziyyətli həyatım olub. Baxdım ki, heç nəyin olmasın, amma sağlam olasan. Nəyin varsa, onlar sənə yük kimi görünür. Hətta övlad haqda da deyirsən ki, Allah ona yol açacaq, öz həyatını quracaq. Allah, mənə də sağlamlıq ver. İki gün yataq xəstəsi oldum. Belə halda onlara yük olmaq istəmirdim. Heç yoldaşım da qoymurdu ki, onlar məni o halda görsünlər. İki gün xəstə oldum, 3-cü gün isə məclis idarə etdim. Həkim demişdi ki, düzələcəksən. Bu koronavirusdan qalan fəsad idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.