Şou-biznes

Firəngiz Rəhimbəyovanın ölümünü eşidən "Moşu": "Bağışlayın, rayondayam..."

17 Avqust 2022 17:45
3 Şərh     Baxış: 2 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Firəngiz Rəhimbəyovanın ölümündən xəbərim yoxdur".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Valeh Kərimov (Moşu obrazının ifaçısı) "Bəxt üzüyü" filimində tərəf müqabili olan aktrisa-müğənni Firəngiz Rəhimbəyovanın (Sevda obrazının ifaçısı) ölümündən danışarkən deyib. Həmkarının ölüm xəbərini eşidən aktyor onunla bağlı danışmaq istəmədiyini bildirib:

"Allah rəhmət eləsin, indi sizdən eşidirəm. Rayondayam, bağışlayın, danışmağa heç cür imkanım yoxdur".

Qeyd edək ki, müğənni-aktrisa Firəngiz Rəhimbəyova avqustun 16-da 62 yaşında ürəktutmasından dünyasını dəyişib.

"Bəxt üzüyü" filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.