Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kuni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Milli.Az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə və bütün ailə üzvlərinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Uca Allahdan oruc və dualarımızı qəbul etməsini və bütün İslam ümmətinə səadət, cansağlığı, xeyir-bərəkət nəsib etməsini diləyirəm.
Bayramınız mübarək!"
Milli.Az