Musa Al-Kuni Prezident İlham Əliyevə təbrik məktubu göndərib

10 Aprel 2025 18:06

Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kuni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə və bütün ailə üzvlərinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan oruc və dualarımızı qəbul etməsini və bütün İslam ümmətinə səadət, cansağlığı, xeyir-bərəkət nəsib etməsini diləyirəm.

Bayramınız mübarək!"

Milli.Az