Siyasət

Kamran Əliyevdən Ərdoğana XÜSUSİ HƏDİYYƏ - FOTO

24 Oktyabr 2023 21:22
Baxış: 697

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankarada işgüzar səfərdədir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbul edib.

Görüşdə Azərbaycanı Baş prokuror Kamran Əliyev təmsil edib.

Tərəflər TDT ölkələri arasında əməkdaşlığı müzakirə ediblər.

Görüşdən sonra Baş prokuror Kamran Əliyev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana rəsm əsəri təqdim olunub. 

Qeyd edək ki, rəsmdə 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalanan zaman dövlət başçılarının görüşü əks olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.