Siyasət

İlham Əliyev: Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub

15 İyun 2023 13:35
Baxış: 443

Biz görürük ki, beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Biz hər ikimiz bunu yaxşı bilirik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı qeyd edib ki, ona görə də ərazi bütövlüyü, təhlükəsizlik və ölkənin firavanlığı, əlbəttə, ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır. "Bütün bu məsələlərdə bizim qarşılıqlı anlaşmamız var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub",- deyə Prezident İlham Əliyev bildirib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.