Siyasət

Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanı qələbə münasibəti ilə təbrik edib - FOTO

28 May 2023 22:23
Baxış: 1 048

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi münasibətilə paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Сənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!" - Mehriban Əliyeva qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.