Siyasət

Yaxasını ələ verdi: Solovyovun əlaltısı ifşa edildi - FOTO

12 Noyabr 2022 23:09
Baxış: 1 585

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rus təbliğatçısı Vladimir Solovyovun tok-şousu üçün saxta məlumatlar toplayan casusu saxlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Bukovnyadan olan şəxs bölgədəki vəziyyətlə bağlı və Ukrayna ordusunu nüfuzdan salmağa yönəlmiş dezinformasiyaların toplanması ilə məşğul olub.

SBU-nun əməliyyatı nəticəsində müəyyən edilib ki, həmin şəxs dövlət orqanlarının, Ukrayna hərbi hissələrinin və könüllü təşkilatların fəaliyyəti haqda Rusiyaya saxta məlumatlar ötürüb. Belə dezinformasiyaları alanlar arasında Kremlin təbliğatçısı Vladimir Solovyov da var. Həmin materiallar "Rusiya 1" telekanalında təxribat xarakterli süjetlərdə və tok-şoularda yayımlanması üçün nəzərdə tutulub.

Solovyovun əlaltısı bu "xidmət"ləri sayəsində Rusiya vətəndaşlığı alacağına və orada məskunlaşacağına ümid edib.

Təxribatçı Çernovtsı vilayətindən olan keçmiş hüquqşünasdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.