Siyasət

Tokayevin Azərbaycana səfərinə həsr olunmuş sənədli film hazırlanıb - VİDEO

30 Avqust 2022 20:34
Baxış: 650

Qazaxıstan prezidentinin teleradio kompleksi Kasım-Jomart Tokayevin Azərbaycana səfərinin yekunlarına həsr olunmuş sənədli film hazırlayıb.

Filmdə bildirilir ki, K.Tokayevin Azərbaycana dövlət başçısı qismində ilk rəsmi səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin ərəfəsində baş tutub.

Qeyd olunub ki, ölkələr arasında ticarətin inkişafının böyük potensialı var, ötən il qarşılıqlı ticarət dövriyyəsi 330 milyon dolları ötüb.

"Qazaxıstan və Azərbaycan Xəzər regionunda türk dünyasının vacib oyunçularıdır. Prezident Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfərini tarixi hesab etmək olar. Qazaxıstan-Azərbaycan münasibətlərinin dərinləşməsi iki ölkənin qarşılıqlı fəaliyyətinin şaxələndirilməsinə yeni təkan verir və türkdilli ölkələrin inkişafına yeni çalar qatır", - materialda deyilir.

Milli.Az "Qazaxıstan-Azərbaycan: birləşdirən dialoq" sənədli filmini təqdim edir:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.