Siyasət

Putin Ərdoğanı Rusiya-Ukrayna danışıqları barədə məlumatlandırıb

17 Mart 2022 22:07
0 Şərh     Baxış: 984

Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın telefon danışığı ilə bağlı məlumat yayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məlumatda deyilir:

"Xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı vəziyyətin inkişafının müxtəlif aspektləri müzakirə edilib. Vladimir Putin həmçinin Rusiya və Ukrayna nümayəndələrinin danışıqlarının gedişi barədə Ərdoğanı məlumatlandırıb".

Ərdoğan da öz növbəsində Rusiya və Ukrayna arasında danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, əgər daimi atəşkəs elan olunarsa, o zaman uzunmüddətli nizamlanmaya yol açılacaq.

Bundan əlavə, Ərdoğan Rusiya və Ukrayna prezidentlərini Ankara və ya İstanbulda qəbul etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.