Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Badaşqan və Yarımca kəndlərinin kəsişməsində qeydə alınıb.
"VAZ 2107" və "KIA" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar Əliyeva Nuriyyə Ağası qızı və övladları - Əliyeva Mələk Sevindik qızı, Əliyeva Fatma Sevindik qızı və Əliyev İlham Sevindik oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.
Milli.Az





