Babəkdə ağır qəza - ana və üç övladı xəsarət aldı - FOTO

22 Noyabr 2025 18:42

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Badaşqan və Yarımca kəndlərinin kəsişməsində qeydə alınıb.

"VAZ 2107" və "KIA" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar Əliyeva Nuriyyə Ağası qızı və övladları - Əliyeva Mələk Sevindik qızı, Əliyeva Fatma Sevindik qızı və Əliyev İlham Sevindik oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.

Milli.Az