Kulinariya

"Liliya" salatı

5 Noyabr 2015 07:00
0 Şərh     Baxış: 6 931
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli.Az "Liliya" salatının hazırlanma qaydasını təqdim edir 

Tərkibi: 

100 q arpa (perlova)
200 q mal əti
1 baş soğan 
200 q xiyar 
150 q xama
1 x.q. soya sousu
qara istiot
duz 
şüyüd 

Arpanı azca duz qatılmış suda yumşalınca bişirin. 
Əti suda bişirin. Hazır olana yaxın duzunu vurun. 
Xiyarla soğanı, bişmiş əti doğrayın. 
Ərzağı salat qabında qarışdırın. Soya sousu ilə xamanı qarışdırıb salata qatın. İstiot və göyərti əlavə edib qarışdırın. 
Süfrəyə verməzdən əvvəl bir qədər soyudun. 

Nuş olsun! 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.