Kulinariya

Mətbəx sirləri: Bayram süfrəsi üçün ana yeməklər - FOTOSESSİYA

31 Dekabr 2012 07:00
0 Şərh     Baxış: 9 670
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Barbekü toyuq



Tərkibi (12 pay):

1000-1500 q dərisiz, sümüksüz və qığırdaqsız toyuğun döş əti
3 yumurta
1 st. su
0,5 st. süd
2 x.q. duz
2 x.q. qara istiot
6 st. un
1/4 st. duz
5 ç.q. qara istiot
2 x.q. əzilmiş sarımsaq
2 x.q. quru meskit ədviyyatı
4 st. yağ - qızartmaq üçün
1 ç.q. yağ
1 şüşə barbekü sousu

Toyuq ətini doğrayın.

Böyük qabda yumurta, su, süd, 2 x.q. duz və 2 x.q. istiotu eynicinsli kütlə alınanadək çalın.  

Başqa iri qabda un, 1/4 st. duz, 5 ç.q. istiot, sarımsaq və meskit ədviyyatını qarışdırın.

İri, qalın dibli tavanı (yaxud dərin sacı) qızdırın. Yarısınadək yağ tökün. Təxminən 180 dərəcə qızdırın.
 
Çəngəllə toyuq ətini götürüb yumurtalı qarışığa, sonra un qarışığına salın, sonra prosesi bir dəfə də təkrar edin. Qaynar yağa salıb qızardın. Toyuğun bir tərəfi qızarıb qəhvəyi rəngə çalanda o biri üzünü də çevirib qızardın.

Sobanı 150 dərəcə qızdırın. Odadavamlı şüşə sininin içinə barbekü sousu tökün (dibini örtsün). Qovrulmuş toyuğu üstünə düzüb sousun qalanını üstünə gəzdirin. 10-15 dəqiqə bişirin.

Meskit ədviyyatı:







Qızıl balıq və pendirdən rulet



Tərkibi
(5-6 pay):

700 q qızıl balıq (forel, dərisini soymaq da olar)
100 q yarımbərk pendir
qara istiot - zövqə görə
duz - zövqə görə
şüyüd - zövqə görə
20 ml bitki yağı

Bizə hamar file lazımdır, odur ki, onun yuxarı nahamar hissəsini kəsib çıxarın. Fileni pullardan və sümüklərdən təmizləyin.
Üzərinə duz və istiot çəkin, şüyüd səpin.
Sürtgəcdən keçirilmiş pendiri balığın üstünə bərabər qaydada yayın.
Fileni rület kimi bükün. Diş çöpü ilə bərkidin. Soyuducuda 2-3 saat saxlayın.

Sonra çıxarıb azca isinməsini gözləyin. Doğrayın və bitki yağında hər iki üzünü qızardın (hər üzünü təxminən 2-3 dəqiqə). Sobada da bişirə bilərsiniz. 

Həm isti, həm də soyuq halda süfrəyə verə bilərsiniz.

Böyütmək üçün şəkillərə klikləyin.
















Zərif ət ruleti



Tərkibi
(8-9 pay):

2 kq dana əti (boyun hissəsindən daha yaxşı alınır)
4 ədəd duzlu xiyar
150 q quyruq
8 diş sarımsaq
ədviyyat - zövqə görə (mərzə ilə çox dadlı olur)
duz
istiot
2 baş soğan
100 ml bitki yağı

Əti əvvəlcədən marinə edin: duz-istiot çəkib bir gecə soyuducuda saxlayın. Sonra əti kitab kimi kəsin - eninə kəsin, amma arasını açmayın. Sonra "kitabı" açın. Bir hissəsinə doğranmış sarımsaq, 4 yerə bölünmüş xiyar və quyruq düzün, ədviyyat səpin. O biri hissəsini üstünə qatlayın və proseduru təkrarlayın - yəni ədviyyat və içi buraya da düzün.
Əti rulet kimi bükün, iplə sarıyın.
Bir qədər yağda tavada qovurun.
Qaz üçün sinidə halqa doğranmış soğanı qovurun. Ruleti içinə qoyun. Yağ əlavə edin. 15 dəqiqə vam odda bişirin, sonra ocağı tamam azaldıb onu daha 1 saat bişirin.

1 saatdan sonra ruleti çıxarın, yumşalmış soğanı isə ayrılan şirə ilə birlikdə blenderdən keçirin. Alınan sousu yenidən qaz üçün siniyə tökün, ruleti üstünə qoyun, daha 1,5 saat vam odda bişirin.
Süfrəyə isti-isti verin.

Böyütmək üçün şəkillərə klikləyin.
















Yağlı xəmirdə plov



Tərkibi:

1 bağlama hazır yağlı xəmir
2 ədəd iri toyuq budu
1,5 st. noxud
1 ovuc ərik qurusu
1 ovuc qara gavalı
500 q düyü
2 baş soğan
1 bolqar bibəri
200 q kərə yağı
2-3 ç.q. sarıkök
zirə
nar
duz
istiot

Noxudu gecədən soyuq suda isladın. Sonra isə azca duzlu suda tam hazır olanadək bişirin.

Düyünü duzlu suda sarıkök əlavə etməklə bişirin, süzün.

Ərik qurusu və qara gavalını isladın.

Toyuq ətinin dərisini soyub doğrayın, 100 q kərə yağında soğan və bolqar bibəri ilə birlikdə qovurun, zövqə görə duz, zirə və ya başqa ədviyyat vurun.

Yağlı xəmirin donunu açın, iki iri lavaş yayın.
 
Sinini kərə yağı ilə yağlayın. Xəmiri içinə döşəyib onu da yağlayın. Düyünü əlavə edin, üzərinə ərinmiş kərə yağı gəzdirin. Üstünə noxudu və doğranmış əriklə qara gavalını düzün. Qovrulmuş toyuq tikələrini bərabər qaydada üstünə düzün, tavada qalan yağı da üstünə gəzdirin. Turşməzə olması üçün nar dənələri səpin.
O biri xəmiri üstünə çəkin, kənarlarını səliqə ilə qatlayıb altdakı xəmirlə bərkidin.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə dəmləyin.

Hazır plovu sobadan çıxarın, iri buludu sininin ağzına tutub tərs çevirin.

Böyütmək üçün şəkillərə klikləyin.























Resept və fotolar: povar.ru, koolinar.ru

Nuş olsun!

Bayramınız mübarək!

Milli.Az 


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.