Ermənistan-Azərbaycan münaqişəsi

Solovyovdan Azərbaycanın ərazi bütövlüyünə təhdid

19 Oktyabr 2020 15:26
Baxış: 6 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı televiziya aparıcısı, jurnalist Vladimir Solovyov növbəti dəfə özünün qatı ermənipərəst mövqeyini ortaya qoyub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, adətən erməni ekspertlərini dəvət edərək Qarabağ məsələsini müzakirə edir.

V.Solovyov hazırda bu sahədə yaranmış vəziyyətə görə bütün günahları Azərbaycanın üzərinə yıxmağa çalışmaqla öz ermənipərəst mövqeyini göstərir.

18 oktyabr 2020-ci il tarixində yayımlanan verilişdə isə Solovyev Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alaraq, xəritə yayımlayıb. Xəritədə Ermənistanın işğal etdiyi torpaqlar Azərbaycan ərazisi kimi göstərilməyib. Halbuki, Rusiya Federasiyası bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Solovyev da bunu lap dəqiq bilir, amma erməni "feyk"lərini yaymağa və qərəzli mövqeyinin üstündə durmağa üstünlük verir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.