"Ermənistan ikiüzlülüyünə görə lazım olan cavabı alır" - Professor açıqladı
"Ermənistan ikiüzlülüyünə görə Türkiyədən lazım olan cavabı alır. Görünən budur ki, şərti yerinə yetirilməyənə qədər Türkiyə Ermənistana hava məkanını açmayacaq".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Universitetinin hərbi fakültəsi tarix kafedrasının müdiri, Azərbaycan professor İbrahim Ethem Atnur bildirib.
"Nemezis" terror təşkilatı üzvlərinin xatirəsinə İrəvanda abidə ucaldılmasından sonra Türkiyənin sərt reaksiya verərək Ermənistana hava məkanını bağlamasını şərh edən professor dövlətini bu qərarında haqlı hesab edir: "Nemezis" terror təşkilatının üzvləri 1920-22-ci illərdə Azərbaycandan Fətəli xan Xoyski, Behbud xan Cavanşir, Həsən bəy Ağayev, Türkiyədən Tələt paşa, Camal Azmi bəy, Said Halim Paşa və digər dövlət adamlarını vəhşiliklə qətlə yetiriblər. Ermənistan belə terrorçuların şərəfinə İrəvanda abidə ucaltmasından sonra Türkiyə əlbəttə hava məkanını Ermənistan üçün bağlamalı idi".
Professor deyib ki, o dönəmlərdə "demokratiya"nı müdafiə edən dövlətlərin gözü önündə bu qətliamları törədənlər heç bir cəza almayıb: "İnsanlıq tarixinə qara ləkə olaraq keçən bu hadisələrin iştirakçılarının bir neçəsi İstanbulda və ya Berlində guya mühakimə ediliblər və sonradan bəraət alıblar. Bu terror təşkilatının davamçısı olan ASALA da dövlət adamlarımıza qarşı terror hərəkətlərini davam etdirib. Ona görə də "Nemezis" də, ASALA da Türkiyənin yaddaşında çox kirli və qanlı yeri olan təşkilatlar kimi qalıb".
Professor hesab edir ki, Qafqazda sülhün bərpası üçün atılan addımların əleyhinə hərəkət etməklə, Ermənistan əslində ilk növbədə özünə qarşı çıxır.
Qeyd edək ki, aprelin 25-də İrəvanda "Nemezis" terror əməliyyatına həsr olunan abidə ucaldıqdan sonra Türkiyənin hava məkanı Ermənistan təyyarələrinin üçüncü ölkələrə uçuşları üçün bağlanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)





