Maraqlı

Kök uşaqların sayı artır

19 Dekabr 2021 23:01
0 Şərh     Baxış: 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə ildən ilə bütün dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı artır.

ÜST xəbər verir ki, dünyada ən azı 41 milyon 5 yaşına qədər olan uşaqlarda artıq çəki və piylənmə var. 1990-cı ildən artıq çəkisi olan kiçik yaşlı uşaqların sayı 10 nəfər milyon artıb.

ÜST ekspertləri qeyd edir ki, uşaqlarda piylənmə çox ciddi sağlamlıq problemlərinə və psixoloji çətinliklərə səbəb olur.

Alimlərin müşahidələrinə görə, piylənmədən əziyyət çəkən uşaqlarda ürək-damar sistemi xəstəliklərinin əlamətləri artıq 8 yaşında inkişaf etməyə başlayır.

MedicalDayli xəbər verir ki, artıq çəkisi olan uşaqların 50%-i Asiyada, 25%-i isə Afrikada yaşayır.

ÜST-nin ekspertləri "piylənmə epidemiyası"na görə ciddi narahatçılıq bildirir və belə hesab edirlər ki, bu gələcəkdə böyük dünyavi problemə çevriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.