Maraqlı

iOS 14-ü dəstəkləyəcək Apple cihazların siyahısı sızdırıldı

12 May 2020 08:25
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il olduğu kimi Apple ənənəyə sadiq qalaraq bir çox funksiyalarda birliktə yeni iOS versiyasını təqdim edir. Şirkət hal-hazırda iOS 14 üzərində işləyir və WWDC 2020 tədbiri zamanı yeni əməliyyat sistemini təqdim edəcək. iOS 14-ün çıxışı isə bu ilin sonlarında baş tutacaq.

iOS 14-ü dəstəkləyən Apple smartfon və planşetlərin siyahısı Apple Insider tərəfindən sızdırıldı!
         iPhonesoft və Apple Insider tərəfindən verilən məlumatlara görə yeni iOS 14 əməliyyat sistemi iOS 13 istifadə edən bütün Apple cihazlarını dəstəkləyəcək. Verilən məlumata əsasən iOS 14-ü dəstəkləyəcək cihazların siyahısı aşağıdakı kimi olacaq.

iOS 14-ü dəstəkləyən iPhone modelləri:
iPhone 6S, iPhone 6S Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus, iPhone X, iPhone XS, iPhone XS Max, iPhone XR, iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max

iPadOS 14-ü dəstəkləyən iPad modelləri:
iPad Mini 5, iPad 5, iPad 6, iPad 7, iPad Air 3, 11 inç iPad Pro, 9,7 inç iPad Pro, 10,5 inç iPad Pro, 12,9 inç iPad Pro

Lakin Apple-a yaxın olan mənbələrin dediklərinə görə iOS 14 əməliyyat sistemi iPhone SE, iPhone 6S və iPhone 6S Plus modellərini dəstəkləməyəcək. Çünki bu cihazlar artıq yeni əməliyyat sisteminin tələblərini ödəyəcək səviyyədə deyillər.

Həmçinin qeyd olunur ki, yeni iPadOS 14 sistemi iOS 14 kimi olmayacaq və bəzi iPad modelləri bu yenilənmə ilə birliktə son yenilənmə paketlərini almış olacaqlar. İddialara görə iPad Mini 4 və iPad Air 2 son yenilənməsini alan cihazlar olacaq. Technote olaraq qeyd edək ki, bu məlumatlar hələki Apple tərəfindən təsdiqlənməyib. Ola bilsin ki, siyahıda dəyişikliklər olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.