Maraqlı

Apple qatlanan telefon üçün hərəkətə keçdi

11 Fevral 2020 22:15
0 Şərh     Baxış: 1 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlarda smartfon bazarındakı böyük şirkətlərin əksəriyyəti qatlanan telefonlara investisiya qoyur. Xüsusilə Samsung və Huawei istehlakçılara təqdim etdiyi cihazları ilə diqqəti cəlb edib. Digər bir texnologiya nəhəngi Apple bu texnologiya üçün tədbirlər görür.

Milli.Az ted.az-a istinadən bildirir ki, qatlanan qacetlər sırasına qoşulmayan Apple markası yeni patent almaq üçün müraciət edib. Digər tərəfdən, məlumdur ki, marka əvvəllər dözümlü telefon üçün bir sıra müraciətlər edib. Məlumatlar arasında ilk tətbiqin 2016-cı ildə edildiyi öyrənilib.

Şirkət tərəfindən edilən patent müraciətində ortaya çıxan görüntülərə görə, cihazın quruluşu digər qatlanabilən telefonlara nisbətən bir az daha yeni və yaxşı görünür. Apple markasının qatlanabilən telefon ideyası pantent texnologiya həvəskarlarını coşdurdu. Ancaq şirkətin bu telefonu nə vaxt istehsal edəcəyi hələ dəqiq məlum deyil. Lakin bu telefonun 2021-ci ildə təqdim ediləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.