Maraqlı

Virtual reallıq üçün ilk kostyum yaradılıb

4 İyul 2018 23:56
0 Şərh     Baxış: 1 342
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Holosuit" şirkəti "Kickstarter" platformasında əlavə və virtual reallıq proqramları üçün nəzərdə tutulan "HoloSuit" kostyumunun buraxılışı üçün 53 min dollar toplayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, unikal texnologiya 6 düymə, 36 hərəkət ötürücüsü, əl, ayaq və bədəndə yerləşən 9 əks-rabitə zonası, eləcə də 10 barmaqda əks-rabitə nöqtələri ilə təchiz edilib. Sistem tam simsiz işləyir.

Məlumata görə, kostyumu fərdi kompüter, smartfon, virtual reallıq qarniturlarına qoşmaq mümkündür. Qurğu idman oyunları, virtual reallıq attraksionları, tibb, təhsil və sənaye seqmentlərində istifadə üçün nəzərdə tutulub.

Ötürücülər və əks-rabitə ilə təchiz edilən gödəkcə, əlcək və şalvardan ibarət dəstin qiyməti 999 dollar təşkil edir. Qurğunun noyabrda satışa çıxarılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.