Milli.Az Auto.az-a istinadən bildirir ki, keçən ilki modellə müqayisədə yeni versiya daha güclü olub və daha mükəmməl texniki içlik əldə edib. Bundan başqa, banın asmasını yeni materialdan düzəldib avtomobilin interyerini yenidən təchiz etdilər.
Avtomobilin çəkisini 1315 kq səviyyəsində saxlamaq üçün onu yüngüllədirilmiş ban detalları və karbon aerodinamik asma ilə təchiz etmək lazım oldu. Birinci dünya müharibəsi zamanı hərbi gəmilərin mənimsədiyi Monster Energy parlaq yarış livreyası kupeyə unikallıq verir.
"Ford Mustang RTR" qabaqda 275/35, arxada isə 295/35 ölçülü çox səmərəli Nitto NT05 şinləri "geyinmiş" yaşıl çoxmilli 18-düymlük disklərdə dayanır.
Salondan artıq şeyləri çıxartdıqdan sonra RTR professionalları komandası boruşəkilli təhlükəsizlik karkası və 6-nöqtəli Takata kəmərləri olan Recaro yarış oturacaqları quraşdırıb.
Bolid Ford Racing-dən 845 a.g. olan V8 mühərrki ilə hərəkətə gətirilir. Onun gücü keçən ilki avtomobilin 6,7-litrlik mühərrikindən 45 a.g. çoxdur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.